İranda məktəblərin fəaliyyəti dayandırılıb - SƏBƏB?


Digərləri 02 Dek 2019 19:05:00 106 0

İranda məktəblərin fəaliyyəti dayandırılıb - SƏBƏB?

İranda 6 gün ərzində (23-29 noyabr) 12 838 nəfər hava çirkliliyinə görə, xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Bakı. Elnur Bağışov - İranda 6 gün ərzində (23-29 noyabr) 12 838 nəfər hava çirkliliyinə görə, xəstəxana və müalicə mərkəzlərinə müraciət edib. Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, onlardan 5,1 min nəfəri tənəffüs, 7,73 min nəfəri isə ürək problemləri olan şəxslər olublar. Təşkilat sədri əlavə edib ki, ən çox İsfahan, Əlborz və Tehran vilayətlərində müraciət halları qeydə alınıb. O, hava çirkliliyi vəziyyətinin davam etdiyinə görə, vətəndaşlara zəruri hallar olmadığı halda mənzildən çıxmamağı məsləhət görüb.