BDU-nun beynəlxalq əlaqələri genişlənir


Digərləri 02 Dek 2019 18:59:00 169 0

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU rektoru Elçin Babayev Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru Yuri Sergeyeviç Şemçuşenko və İnstitutun baş elmi işçisi Hikmət Cavadovu qəbul edib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin 100 illik yubileyində iştirak etmiş Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, tanınmış hüquqşünas alim, akademik Yuri Sergeyeviç Şemçuşenko və İnstitutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovu qəbul edib. Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə Bakı Dövlət Universiteti ilə Dövlət və Hüquq İnstitutu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini təşviq etmək məqsədi ilə, tədqiqatçıların qarşılıqlı səfərləri, birgə beynəlxalq konfranslar və tədqiqat layihələri, müştərək proqram və seminarların keçirilməsi müzakirə edilib. Universitetin 100 illik yubiley tədbirlərində həmçinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin rektoru, professor Christian Tietje və Beynəlxalq iqtisadi hüquq kafedrasının müdiri, professor Azər Əliyev, Fransanın Lion-2 Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Jim Walker və Hüquq fakültəsinin dekanı, professor Guillaume Protiere də iştirak ediblər.