Suriyada bomba partlayışı:


Dünya 02 Dek 2019 18:04:00 145 0

Suriyada bomba partlayışı:

Suriyada Rusiya hərbçilərinə məxsus avtomobil partladılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Suriyanın şimalında patrul xidməti həyata keçirən Rusiya MN-nin hərbi polisinin zirehli avtomobilinin hərəkət etdiyi yolda əldəqayırma bomba partladığı, nəticədə üç rusiyalı hərbçinin yüngül yaralandığı bildirilir.