Trend BİAnın fotomüxbiri TASSın təşkil etdiyi MDBdən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminarda iştirak edib


Digərləri 02 Dek 2019 16:49:00 132 0

Trend BİAnın fotomüxbiri TASSın təşkil etdiyi MDBdən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminarda iştirak edib

TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə 25-30 noyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində MDB-dən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib. Seminarda Azərbaycan tərəfdən AzərTac-ın fotomüxbiri Rəşad Mehdiyev və Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) fotomüxbiri Zaur Mustafayev iştirak ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, 5 gün davam edən seminar zamanı agentliyin Fotoxronika redaksiyasının Baş redaktoru Qriqoriy Dukor və digər aparıcı fotoqraflar tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, video çəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib, praktiki tapşırıqlar verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin Baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olublar. Fotoqraflar burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, agentliyin iş prosesini yaxından izləyiblər.

Qeyd edək ki, bu il TASS yaranmasının 115 illiyini qeyd edib. Ümumilikdə 1500-dən artıq əməkdaşı olan agentliyin fotokartatekasında Azərbaycan haqqında ayrıca bölmə yer alır və köhnə Bakı barədə fotolar saxlanılır.