Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər


Dünya 02 Dek 2019 12:32:00 112 0

Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər

Rusiyanın Ural vilayətində parkda uşaq meyiti tapılıb.

Araşdırma nəticəsində uşağın yaşadığı evdə "Bibliya" və qamçı olduğu bəlli olub və valideynləri "dini zəmində" qətl törətməkdə şübhəli bilinərək nəzarətə götürülüblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, atası "bədənindəki cini qovmaq üçün" uşağın ağzını bağlayaraq onu qamçı ilə döyüb.

Daha sonra onlar uşağı "diriltmək" üçün "İsanın tələbələri" dini sektasının başçısı, 48 yaşlı Zemfira Qaynullinaya müraciət ediblər.