Əyyub Quliyevin rəhbərliyi altında Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq


Digərləri 02 Dek 2019 12:09:00 98 0

Əyyub Quliyevin rəhbərliyi altında Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq

5 dekabr tarixində Macarıstanın Azərbaycandakı səfirliyi və "Nargis" Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycan Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında baş dirijoru olduğu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq.

Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.