Aİİ ilə Kırşehir Ahi Evran Universiteti və Əhməd Yasəvi Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb


Digərləri 02 Dek 2019 12:07:00 141 0

Aİİ ilə Kırşehir Ahi Evran Universiteti və Əhməd Yasəvi Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb

Konfrans çərçivəsində əməkdaşlıq protokolları imzalanıb

Bakı. “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilən konfrans çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Kırşehir Ahi Evran Universiteti və Əhməd Yasəvi Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolları imzalanıb. Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb. Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali təhsil müəssisələrip arasında əlaqələrin genişləndirilməsidir.