Gürcüstanda 12 mindən çox şagird təhsilini yarımçıq qoyub


Dünya 02 Dek 2019 11:41:11 146 0

Gürcüstanda 12 mindən çox şagird təhsilini yarımçıq qoyub

2018-2019-cu tədris ilində Gürcüstanda 12 049 şagird təhsilini yarımçıq qoyub.

Gürcüstanda 2018-2019-cu tədris ilində12 049 şagird təhsilini yarımçıq qoyub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə təhsili dayandıran şagirdlərin sayı 2% azalıb.

Orta təhsil müəssisələrini tərk edən şagirdlərin 40,7%-i qız, 59,3%-i isə oğlan olub.

Sənədə əsasən, ötənilki dərs ilinin əvvəlində Gürcüstanda 2 313 orta təhsil müəssisəsi olub ki, onların 2 086-sı dövlət, 227-si isə özəldir.

Məktəblərdə təhsil alan şagirdlərin sayı 592,9 min nəfər təşkil edib. Bu göstərici illik müqayisədə 1,5% çoxdur. Şagirdlərin 89,4%-i dövlət, 10,6%-i isə özəl məktəblərin payına düşüb. Onların 47,9%-ni qızlar, 52,1%-ni isə oğlanlar təşkil edib.