“Uşaq qatili” Afət Floraya Yekaterina dedi VİDEO


Şou-biznes 02 Dek 2019 11:45:00 171 0

“Uşaq qatili”  Afət Floraya Yekaterina dedi  VİDEO

Xalq artisti Flora Kərimovanın "Zaurla Günaydın" proqramında söhbət zamanı "Nəsimini bərbad hala salan Afət" ifadəsini işlətməsi müğənni Afət Fərmanqızını özündən çıxarıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, sənətçi haqqında sosial media hesabında sərt sözlər yazıb.

F.Kərimova da onu cavabsız qoymayıb:

"İki ali təhsil sahibi müəllim-müğənni" fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun.

Toyların azalıb, "mən-mən"də dəbdən düşüb deyə, əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən - "filoloq, alimdən" başqa. İş ki, qaldi "ətnən pişik" misalına - ovçu olmaq taleyin gətirmədi. Sənin qismətin ancaq qurbanlıq olmaqdır, hələ də olursan. Bir məkana verilən adlara gəldikdə isə "Nəsimi bazarı", "Füzuli meydanı", "Nizami küçəsi" - bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil.

Bazarda işləyənləri "Nəsimi" adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir. Bu qədər millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim: Dahi Füzulinin sözlərinin ağırlığı altında "Füzuli kantatasını" yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin "Sığmazam" qəzəlinin faciəsini dərk edib, mənəvi sərvətimiz olan "Nəsimi" kontatasını yazdı. Sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin. Buna görə sənə "əhsən" düşür.