Həkimdən qorxulu ÇAĞIRIŞ:


Digərləri 01 Dek 2019 14:20:00 120 0

Həkimdən qorxulu ÇAĞIRIŞ:

Qrip virusu demək olar ki, hər mövsümdə özünü göstərir. Lakin qış aylarında havanın soyuq olması xəstəliyin daha da ağır keçməsinə səbəb olur. Ağır keçən qrip valideynlərdə bəzən çaşqınlıq yaradır. Belə ki, bəzən uşaqlarda qrip deyil sətəlcəm olur. Valideynlər isə bunu bilmədiyindən uşaqları vaxtında həkimə aparmırlar və nəticədə ağır fəsadlar yaranır.

Bəs sözügedən xəstəlikləri necə ayırd etmək mümkündür?

Son.az bildirir ki, mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov bildirib ki, qrip viruslarına qarşı vaxtında tədbirlər görülməsə daha ağır nəticələri ola bilər:

"Kəskin respirator virus infeksiyalarının törədicisi olan viruslar, eyni zamanda sətəlcəm də törədə bilər. Belə ki, yuxarı tənəffüs yollarında baş verən proses müalicə olunmazsa və ya profilaktikası vaxtında aparılmazsa, aşağı tənəffüs yollarına və ağciyərlərə keçərək sətəlcəm törədə bilər. Həm də kəskin respirator virus infeksiyaları zamanı orqanizmin immuniteti zəiflədiyi üçün bakterial infeksiya da qoşula bilər. Bu da sətəlcəmə gətirib çıxarar".

R. Bayramovun sözlərinə görə, sətəlcəmin əlamətləri bunlardır: