Rusiyada dəhşətli qəzada 15 nəfər öldü


Dünya 01 Dek 2019 13:45:00 128 0

Rusiyada dəhşətli qəzada 15 nəfər öldü

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hadisə Sretensk rayonunda baş verib. Son məlumata görə, qəza nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 18 nəfər xəsarət alıb.

Avtobusda 43 sərnişin olub.

Hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.