Həftənin ilk iş günü hava necə olacaq? PROQNOZ


Digərləri 01 Dek 2019 13:31:00 131 0

Həftənin ilk iş günü hava necə olacaq?  PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru  isə  bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 7-9°, gündüz  9-12° isti,

Bakıda gecə 7-9°, gündüz  10-12°  isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək.