Peyğəmbərin məbədində ÖLÜMDİRİM SAVAŞI:


Digərləri 01 Dek 2019 12:09:00 141 0

Peyğəmbərin məbədində ÖLÜMDİRİM SAVAŞI:

Qədim roma tarixçisi Qay Svetoniy Trankvill "12 sezarın həyatı" kitabında Roma imperatoru Tit Flaviy Vespasianı mükəmməl hökmdar, xalqın sitayiş etdiyi, ilahiləşdirdiyi şəxsiyyət kimi qələmə verir.

Tit həqiqətən Roma əhlinin qayğısına qalmış ən müdrik hökmdarlardan sayılır, lakin Yəhudi müharibəsi zamanı o, özünü amansız zülmkar kimi göstərdi: Yerusəlimi dağıtdı, onu talan etmələri üçün əsgərlərə tapşırıq verdi və yəhudi əsirləri Romaya gətirərək vəhşi heyvanların parçalaması üçün sirkin səhnəsinə göndərdi.

Bununla belə, tarixdə o, Romanın ən müvəffəqiyyətli imperatorlarından biri kimi qaldı.

Son.az 81-ci ildə vəfat etmiş, yəhudilərin qatı düşməni hesab olunan Roma imperatoru Tit Flaviy Vespasian haqda qısa icmalı oxucuların diqqətinə çatdırır.

İmperator Klavdiyin, daha sonra Neronun hakimiyyəti dövründə Tit Flaviy Vespasian sarayda böyüyüb və tərbiyə alıb. Tit bəstə boylu, öz sağlamlığı və gücü ilə fərqlənirdi. Hərbi sənətin bütün sirlərinə yiyələnmişdi. Onun gənclik illəri yürüşlərdə və döyüşlərdə keçirdi. Tit indiki Almaniya, Britaniya ərazisində vuruşur, müvəffəqiyyət qazanırdı.

69-cu ildə intriqalar yolu ilə Tit atasına imperator olmağa kömək etdi. Yeni imperator Vespasian qoşunla birlikdə təcili Misirə getməli olur və oğlu Titi İsrailə göndərir. Ata Vespasian ona Yerusəlimə sahib olmağı, onun sakinlərini fəth etməyi və orada nizam yaratmağı tapşırmışdı.

Amma bu, o qədər də asan məsələ deyildi. Dağlıq yerdə yerləşmiş və istehkamlarla mühasirəyə alınmış Yerusəlim o zaman əlçatmaz qalanı xatırladırdı. Titin döyüşçüləri birinci istehkamı dağıtdılar. Amma mühasirəyə alınmış yəhudilər var qüvvəsilə qorunurdular. İrodun sarayına doğru atılan hər addım xeyli itki ilə nəticələnirdi. Tit öz əsgərlərindən geri qalmırdı, onlara ilham verirdi. Birinci divardan sonra onlar ikinci istehkamın da öhdəsindən gəlməyi bacardılar. Daha sonra Tit ərzağın içəri daşınmaması üçün şəhəri tamamilə mühasirəyə aldı, bütün girişlər və çıxışlar bağlandı.