İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib


Dünya 01 Dek 2019 05:21:11 140 0

İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib

​İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib

İraqın baş naziri Adel Abdel Mehdi istefası haqqında ərizəni parlamentə göndərib.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı bildirib.

Baş nazirin istefaya getmək niyyəti haqqında hələ oktyabrın sonlarında bildirilirdi.

İraqda kütləvi etiraz aksiyaları oktyabrın başlanğıcından davam edir. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, işsizlik, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

KİV-in məlumatına görə, polislə etirazçıların toqquşmaları zamanı 300-dən çox insan həlak olub, təxminən 15 min xəsarət alıb.