Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı


Digərləri 30 Noy 2019 18:47:01 113 0

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının fasad hissəsinə vurulan dəmir örtüyünün qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-ə verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.