Bakıda 14 nəfər liftdə qaldı


Digərləri 30 Noy 2019 10:19:14 100 0

Bakıda 14 nəfər liftdə qaldı

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı dörd müraciət daxil olub.

Son.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir..

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 14 nəfərin liftdən çıxarılması təmin edilib.