Azərbaycan Almaniyanın Cənubi Qafqazda mühüm iqtisadi və ticari tərəfdaşıdır


Digərləri 29 Noy 2019 19:26:00 126 0

Azərbaycan Almaniyanın Cənubi Qafqazda mühüm iqtisadi və ticari tərəfdaşıdır

Azərbaycan Almaniyanın Cənubi Qafqazda mühüm iqtisadi və ticari tərəfdaşıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın 10 illiyinə həsr olunmuş tədbirdə çıxışə zamanı Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın, yüksək texnologiyaların rəqəmsallaşdırılması sahəsində Almaniya ilə ticari əlaqələrin qurulması və genişləndirilməsini yüksək qiymətləndirir.

İqtisadiyyat nazirinin müavini bildirib: "Bu əməkdaşlığın dinamik inkişafı özünü iki ölkə arasında ticarət dövriyyəsinin artmasında və investisiya əməkdaşlığının genişləndirilməsində aydın şəkildə büruzə verir. İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının, "Made in Azerbaijan" brendinin təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumlar və ixrac missiyaları ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinə xüsusi töhfə verəcək".