Zümrüd Yağmur və Fuad Qəhrəmanlıya 3 ay vaxt verildi


Digərləri 29 Noy 2019 17:04:00 115 0

Zümrüd Yağmur və Fuad Qəhrəmanlıya 3 ay vaxt verildi

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, prosesdə hakim tərəflərə barışmaq üçün vaxt verib: "Biz hakimdən xahiş etdik ki, iddianı təmin etsin və tərəflər arasındakı rəsmi nigah ləğv edilsin. O isə bizim xahişimizi nəzərə almadı və tərəflərə barışmaq üçün 3 ay vaxt verdi. 3 aydan sonra yenidən məhkəmə prosesi keçiriləcək və nigah ləğv olunacaq. Məhkəmə prosesi fevral ayında yenidən keçiriləcək".