Azərbaycana turist gətirən aviaşirkətlərin subsidiyalaşdırılması təklif olunur
Digərləri 29 Noy 2019 15:34:17 127 0
Dövlət Turizm Agentliyi Azərbaycana turist gətirən aviaşirkətlərə subsidiya ödənilməsini təklif edir
Dövlət Turizm Agentliyi Azərbaycana turist gətirən aviaşirkətlərə subsidiya ödənilməsini təklif edir.
“Report” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov məlumat verib.
Onun sözlərinə görə, bu yolla aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana cəlb edilməsi nəzərdə tutulub.
Subsidiya aviabiletləri turpaketlər çərçivəsində satılan, eləcə də çarter reysləri həyata keçirən aviaşirkətlərə ödənilə bilər.
Mənbə: report.az