Məhkəmə Zümrüd Yağmur və Fuad Qəhrəmanlıya barışıq üçün 3 ay vaxt verdi


Digərləri 29 Noy 2019 15:30:00 143 0

Məhkəmə Zümrüd Yağmur və Fuad Qəhrəmanlıya barışıq üçün 3 ay vaxt verdi

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi başa çatıb. Bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil bildirib ki, prosesdə hakim tərəflərə barışmaq üçün vaxt verib: "Biz hakimdən xahiş etdik ki, iddianı təmin etsin və tərəflər arasındakı rəsmi nikah ləğv edilsin. O isə bizim xahişimizi nəzərə almadı və tərəflərə barışmaq üçün 3 ay vaxt verdi. 3 aydan sonra yenidən məhkəmə prosesi keçiriləcək və nikah ləğv olunacaq. Məhkəmə prosesi fevral ayında yenidən keçiriləcək".