“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək


Digərləri 29 Noy 2019 14:05:00 104 0

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” qaz tədarükünün yeni marşrutunu açacaq

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” qaz tədarükünün yeni marşrutunu açacaq və bununla Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Trend-in məlumatına görə, bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə meneceri David Sempio deyib. Dünya enerji balansında qazın əhəmiyyəti barədə danışan D.Sempio bildirib ki, 2018-ci ildə dünyada enerji tələbatı 2,3 faiz artıb və kömürün əvəz olunması fonunda tələbatın böyük hissəsi təbii qazın payına düşüb. Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.