“Hyundai”la vurulan piyada öldü


Digərləri 28 Noy 2019 18:50:00 118 0

“Hyundai”la vurulan piyada öldü

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza noyabrın 27-də saat 19 radələrində qeydə alınıb. 

Şəhər sakini F.Bədəlov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən kənd sakini Yunis Quliyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.