Albaniyada daha bir güclü zəlzələ oldu


Dünya 28 Noy 2019 19:38:57 177 0

Albaniyada daha bir güclü zəlzələ oldu

Albaniyada növbəti güclü zəlzələ baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təkanlar Draça şəhərində qeydə alınıb. Xəstəxanalardan birində dağıntı olub. Xilasedicilər hadisə yerinə yollanıb. Tələfat barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, budəfəki zəlzələ əvvəlkindən daha güclü olub.