Albalılıq qəsəbəsində yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 27 Noy 2019 20:30:00 129 0

Albalılıq qəsəbəsində yolu keçən piyadanı avtomobil vurub öldürdü

Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da saat 20 radələrində Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Məmmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.