Can Yamandan Kıvanç Tatlıtuğu əsəbiləşdirəcək sözlər


Digərləri 27 Noy 2019 20:14:00 115 0

Can Yamandan Kıvanç Tatlıtuğu əsəbiləşdirəcək sözlər

İspaniyadan qayıdan Can Yaman media nümayəndələrinin suallarını cavablandırıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hava limanında müsahibə verən aktyor rol aldığı "Dolunay" serialının yayımlandığı ölkələri gəzib. Son olaraq İspaniyaya gedən Can pərəstişkarlarının hücumuna məruz qalmış, polisin köməkliyi ilə oradan çıxarılmışdı.

Yaman onunla eyni vaxtda İspaniyada olan həmkarı Kıvanç Tatlıtuğun eyni diqqəti görmədiyini söyləyib. O, daha sonra "Nə edim? Kıvanç qardaşımın serialları İspaniyada satıldı bilmirəm. Satılıbsa, onun üçün də eyni diqqət olardı. hansısa bir aktyorun filmi izlənmirsə, onun sevilməsi mümkün deyil. Mənim seriallarım orada çox baxılır" sözlərini əlavə edib.