Avropa Komissiyasının yeni sədri təsdiqlənib


Dünya 27 Noy 2019 16:17:10 118 0

Avropa Komissiyasının yeni sədri təsdiqlənib

461 deputat təklif olunan komissarların lehinə, 157 nəfər isə əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb

Avropa Parlamentinin (AP) deputatları Avropa Komissiyasının (AK) Ursula fon der Lyayenin rəhbərliyi altındakı yeni tərkibini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, səsvermə Strasburqdakı plenar sessiyada baş tutub.

461 deputat təklif olunan komissarların lehinə, 157 nəfər isə əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb.

Beləliklə, yeni Avropa Komissiyası əvvəlcədən təyin edilmiş müddətdən bir ay sonra, dekabrın 1-də vəzifələrinin icrasına başlaya biləcək.