Albaniyada baş verən zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb


Dünya 27 Noy 2019 07:07:00 86 0

Albaniyada baş verən zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb

Albaniyada dağıntılara səbəb olan zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Albanian Daily News" Müdafiə Nazirliyinə istinadən bildirib.

Oktyabrın 25-də Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların verdiyi məlumata görə, 5 baldan yuxarı bir sıra ard-arda zəlzələlər baş verib.

Bildirilib ki, dağıntılardan 42 nəfər xilas edilib, Durres və Tumane şəhərində xilasetmə əməliyyatı davam edir.