Avtomobillə vurulan piyada hadisə yerində ölüb


Digərləri 27 Noy 2019 06:45:00 109 0

Avtomobillə vurulan piyada hadisə yerində ölüb

Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 25-də saat 6 radələrində Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbəsi ərazisində Corat qəsəbə sakini S.Məmmədov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən şəhər sakini Cəlal Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.