Modelin qayınatası məşhur brend üçün 16,2 milyard ödəyəcək


Digərləri 26 Noy 2019 20:15:00 115 0

Modelin qayınatası məşhur brend üçün 16,2 milyard ödəyəcək

Model Natali Vodyanovanın ərinin atası, "Louis Vuitton Moët Hennessy"nin rəhbəri Bernar Arno daha bir yeniliyə imza atmağa hazırlaşır.

Son.az axşam.az-a istinadən bildirir ki, biznesmen bu dəfə "Tiffany & Co."nun səhmlərini alacaq. Hər iki tərəf razılıq əldə edib, bircə sənədlərin hazırlanması qalıb.

O, bunun üçün 16,2 milyard dollar ödəyəcək. Sahibkar bildirib ki, şirkət öz fəaliyyətini olduğu kimi davam etdirəcək və ABŞ bazarındakı yerini daha da genişləndirəcək.