İranda bir həftədə 15 nəfər qripdən ölüb


Dünya 26 Noy 2019 19:00:00 121 0

İranda bir həftədə 15 nəfər qripdən ölüb

Ötən həftə ərzində İranda 15 nəfər qrip nəticəsində dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, 8 nəfər H1N1 virusu, 7 nəfər isə H3N2 virusu nəticəsində həlak olub.

Qeyd edək ki, son bir neçə həftədə 3 915 nəfər tənəffüs sistemi xəstəliklərinə yoluxub. Onun 342-sinin qripə yoluxduğu bildirilir.