EY Azərbaycan yeni müsabiqəyə start verir


Digərləri 26 Noy 2019 11:07:00 370 0

EY Azərbaycan yeni müsabiqəyə start verir

Bu gün ilk dəfə olaraq 'EY İlin iş adamı™' proqramı namizədlərin irəli sürülməsi üçün rəsmi olaraq açıq elan edilir.

Bakı. Bu gün ilk dəfə olaraq 'EY İlin iş adamı™' proqramı namizədlərin irəli sürülməsi üçün rəsmi olaraq açıq elan edilir. EY tərəfindən təsis edilmiş bu proqram dünya sahibkarlarının ən nüfuzlu biznes mükafatıdır. Bu il proqramın diqqət mərkəzində kiçik və orta müəssisələr dayanır və Azərbaycanın bütün sektorlarından olan müəssisələr 15 yanvar 2020-ci ilə qədər müraciətlərini təqdim etməyə dəvət olunur. 2019-2020 proqramının finalçıları və milli müsabiqənin son qalibi 11 mart 2020-ci il tarixində elan ediləcək. EY Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru və “EY İlin iş adamı™” proqramının rəhbəri İlqar Vəliyev demişdir: “Ölkəmizdə ilk dəfə olaraq 2019-2010 EY İlin iş adamı™ proqramını təqdim etməkdən məmnunam. Bu il biz ölkənin kiçik və orta şirkətlərini və uğurlu biznesin qurulması ilə yanaşı həm də ətrafındakı icmaların həyatını yaxşılaşdıran iş adamlarını dəstəkləməyə və həvəsləndirməyə çalışacağıq." İlqar Vəliyev əlavə etdi: "Proqramın kulminasiyası olaraq milli müsabiqənin qalibi "EY İlin iş adamı" mükafatında Azərbaycanı təmsil etmək üçün iyun ayında Monakoya gedəcək və digər ölkələrin finalçıları ilə mübarizə aparacaq. Bu da istedadlı sahibkarlarımızı qlobal bir diqqət mərkəzinə gətirmək üçün əla bir fürsət olacaq." Kim namizəd ola bilər? Dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən “EY İlin iş adamı™” proqramı, potensialı olanlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir və özlərinin gözüaçıqlığı, liderlik xüsusiyyətləri və nailiyyətləri ilə başqalarına ilham verən insanların töhfələrini tanıyır. Proqram bütün sahələri və inkişaf mərhələlərini təmsil edən, Azərbaycanın istənilən bölgəsindən olan sahibkarlar üçün açıqdır. İştirakçı şirkətin (şirkətlərin) illik 1 milyon manatdan 30 milyon manata qədər dövriyyəsi olmalıdır. Namizədliyini irəli sürə biləcək şəxslər barədə ətraflı məlumat üçün: https://www.ey.com/az/eoy. Finalçılar və qaliblər nüfuzlu sahibkarlar, dövlət şirkətlərinin top menecerləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcəkdir. Proqramın açılışında çıxış edən tanınmış İsveçli iş adamı və humanist Qustaf Nobel dedi: “EY İlin iş adamı™” Azərbaycanda sahibkarlıq istedadını dəstəkləməyə və mükafatlandırmağa hədəflənir. Buna görə də biz hər yaşdan və hər hansı sənayedən və mənşəli kişi və qadın sahibkarları 2019-2020 proqramına qoşulmağa və namizədliyini irəli sürməyə təşviq edirik.”