“Dostum bizi səhər saat 5də yalnız xaş verilən kafeyə apardı”


Şou-biznes 26 Noy 2019 08:33:00 396 0

“Dostum bizi səhər saat 5də yalnız xaş verilən kafeyə apardı”

Rusiyanın "Slivki" qrupunun eks-solisti Karina Koks "Road Safety" festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına səfər edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakıda gələn K. Koks buraya olan ilk səfərini xatırlayıb. Bu barədə o, "İnstaqram" hesabında yazıb:

"Mənim Bakıya ilk səfərim, hələ VİA "Slivki"nin tərkibində ikən, 18 il əvvəl (Aman Allah!) olmuşdu. Həmin "unudulmaz" konsert daha çox karaoke arenasında ölüm nömrəsinə bənzəyirdi, hansında ki, ekstra qonaqpərvər tamaşaçılar bizim üçün səhnəyə mütəmadi olaraq nizə və buynuz (riton) çıxarırdılar.

Ənənəyə uyğun olaraq, mənim yerli dostum bütün bizim mehriban kompaniyanı səhər saat 5-də yalnız xaş verilən kafeyə apardı. Daşkanın solğun üzünü indiki kimi xatırlayıram. Amma bütün bunlar keçmişdə qaldı.