Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” keçirilib


Digərləri 26 Noy 2019 08:22:00 350 0

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” keçirilib

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan Dizayn Forumu 2019" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, "Azerbaijan Digital Arts School" (ADAS) və "Graphic Design Azerbaijan" (GDAZ) qrupunun təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirin aparıcısı, "Baku Bloggers School"un təsisçisi Yelena Sidorenko forum haqqında məlumat verdi. Bildirdi ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan fəaliyyət göstərən dizaynerləri bir araya gətirmək, təcrübə mübadiləsi və müzakirələr aparmaq və bu məsələlərdə ən innovativ yanaşmaları bölüşməkdir.

Tədbir çərçivəsində həmçinin Bakı şəhərinin bu yaxınlarda UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilməsinin əhəmiyyətindən söz açıldı, eləcə də Azərbaycan Dizayn Şurasının yaradılması məsələsi müzakirə olundu.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini-Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək bildirdi ki, Bakı səhərinin UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir: "Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır".