Meksikada qaçırılan fransalı turist və yerli aktyor sərbəst buraxılıblar


Dünya 26 Noy 2019 08:02:00 403 0

Meksikada qaçırılan fransalı turist və yerli aktyor sərbəst buraxılıblar

Girov götürülmüş meksikalı aktyor Alexandro Sandi və fransız iş adamı Frederic Mişel azad ediliblər.

Son.az Trend-ə istinadən bildirir ki, zərərçəkmişlərin ikisidə sağlamdilar və artıq evlərinə qayıdıblar. Cinayəti törətmiş yerli kriminal qrupla bağlı istintaq davam edir.

Xatırladaq ki, noyabrın 24-də naməlum şəxslər Nevada-de-Toluka vulkanının yaxınlığında bir qrup aktyoru qarət edib və onlardan birini, həmçinin fransalı bir turisti özləri ilə birlikdə aparıblar və bir qədər sonra girovlara görə pul tələb ediblər.