Alimlər planetin ən böyük heyvanının nəbzini ölçdülər


Digərləri 26 Noy 2019 08:08:00 383 0

Alimlər planetin ən böyük heyvanının nəbzini ölçdülər

Amerikalı bioloqlar sensor cihazdan istifadə edərək ilk dəfə yer üzündəki ən böyük heyvan olan mavi balinanın ürək döyüntülərinin tezliyini ölçməyə müvəffəq olublar.

Son.az Trend-ə istinadən bildirir ki, araşdırmanın nəticələri "Proceedings of the National Science" jurnalında dərc olunub.

Mavi balina - indiyə qədər mövcud olan yer üzündəki ən böyük heyvandır və ürəyi - təxminən bir ton çəkisindədir. Belə bir nəhəng qan pompasının, kiçik heyvanlarda ürəyin pulsasiya etdiyi eyni tezliklə vurmaması aydındır. Adətən mavi balinanın ürəy döyüntülərinin tezliyi dəqiqədə 5-dən 20-ə qədər güman edilirdi, amma son vaxtlara qədər bu tezliyin həqiqi ölçüsü bilinmirdi. Və nəhayət, Stenford Universitetinin alimləri buna nail oldular.