“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb


Digərləri 26 Noy 2019 07:31:00 335 0

“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb

"Microsoft Teams" korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin iyulunda bu göstərici 13 milyon istifadəçiyə bərabər idi.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Microsoft Teams" ünsiyyət üçün yaradılıb, kolleqa və partnyorları birləşdirir və komandaların məhsuldar birgə işləməsi üçün zəruri alətlərə malikdir.

İstifadəçilər müxtəlif əməkdaş qrupları üçün ümumi, şəxsi çatlar və kanallar yarada, mesaj, fayl və başqa informasiya mübadiləsi edə bilərlər.