Britaniyada 39 vyetnamlının ölümündə şübhəli bilinən üçüncü şəxsi saxlanılıb


Digərləri 26 Noy 2019 05:03:57 293 0

Britaniyada 39 vyetnamlının ölümündə şübhəli bilinən üçüncü şəxsi saxlanılıb

Noyabrın 25-də İngiltərə polisi 39 vyetnamlının ölümü ilə əlaqədar istintaq çərçivəsində qəsdən olmadan adam öldürməkdə şübhəli bilinən daha bir şəxsi saxlayıb

Bakı. Noyabrın 25-də İngiltərə polisi 39 vyetnamlının ölümü ilə əlaqədar istintaq çərçivəsində qəsdən olmadan adam öldürməkdə şübhəli bilinən daha bir şəxsi saxlayıb. Trend-in məlumatına görə, Esseks polisi, noyabrın 25-də Purflit şəhər sakini, 36 yaşlı kişinin tutulduğunu söyləyib. Polisin "Twitter" səhifəsində yerləşdirdiyi açıqlamasında deyilir ki, 39 vyetnamlının ölümü ilə əlaqədar aparılan istintaq çərçivəsində, noyabrın 25-i səhər, Londonun şərqində yerləşən Dalston ərazisindəki bir evdə, qəsdən olmadan adam öldürmə, insanları qanunsuz daşınması və qanunsuz mühacirəti üçün sövdələşmədə şübhəli bilinən Purflitdən olan kişi saxlanılıb. (adsgarden = window.adsgarden || []).push({}); Hüquq mühafizə orqanları, şübhəlinin hazırda dindirilmək üçün nəzarətdə olduğunu qeyd ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin