İncə dodaqları necə dolğunlaşdırmaq olar? MƏSLƏHƏT


Digərləri 25 Noy 2019 23:58:00 405 0

İncə dodaqları necə dolğunlaşdırmaq olar?  MƏSLƏHƏT

Dolğun dodaqlar hər qadının xəyalıdır. Bunun üçün estetik cərrahiyə müraciət edənlərin sayı isə kiçik hesab edilə bilməyəcək qədər çoxdur. Halbuki kiçik makyaj hiyləsi və yaxşı bir pomada sürmə texnikasıyla dodaqlarınızı dolğun göstərmək əlinizdədir.

Son.az medicina.az-a istinadən bildirir ki, ehtiyacınız olan yalnız pomada və dodaq qələmidir.

Yalnız makiyajla daha dolğun dodaqlara sahib olun

Pomadanızı seçərkən yağlı olmayan, mat bir pomada seçməlisiniz. Dodaq Qələminiz isə incə və iti uclu, pomadanızla eyni rəngdə olmalıdır.

Dodağınızın ətrafına və xarici qisiminə qələmlə incə bir xətt çəkin. Alt və üst dodağınızın uclarını birləşdirməməyə diqqət edin, yoxsa ağzını hərəkət etdirdikcə bu qisimdəki pomada dağıla bilər.

Alt dodağınızı qələmlə çəkərkən dodağınızın ortasına çox qövs etməyin, daha düz bir xətt çəkin. Daha sonra pomada ilə çəkdiyiniz qələmin içini doldurun. alt dodağınızın ortasına gələn hissəyə pomadanızın rəngində, bir ton açıq bir başqa pomada ilə şaquli kölgə edin. Pomadanın üzərinə incə bir təbəqə parladıcı çəkərək dolğun və seksual dodaqlara qovuşun.