Donan barmaqlardan, qanayan yaraya qədər.. Acı bibərin MÖCÜZƏVİ təsiri


Digərləri 25 Noy 2019 22:59:00 301 0

Donan barmaqlardan, qanayan yaraya qədər..  Acı bibərin MÖCÜZƏVİ təsiri

Bibərin vətəni Cənubi Amerikadır. İlk dəfə ispanlar tərəfindən Avropaya gətirilmiş bibərlər qısa müddət ərzində tropik və subtropik ölkələrdə yayılmışdır. Xüsusilə C vitamini ilə zəngin bibərlərin acı, şirin növləri və rəngbərəg çeşidləri var. Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin miqdarından asılıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, bibər insan orqanizminə çox faydalıdır. Həkimlər gündəlik qidalanma prosesində acı və şirin bibərlərdən istifadə etməyi məsləhət görür. Acı bibərin 70-ə yaxın növü var. Dünyada ən acı bibər habanero növü hesab olunur. Meksika mətbəxində demək olar ki, bütün yeməklərdə ondan istifadə olunur. 

Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir. Bəzi xalqlar acı bibərlə xüsusi müalicə üsulları hazırlayıblar. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər barmaqları donmadan qoruyur. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və yaranın iz qalmadan yaxşılaşmasına kömək edir.

Acı bibərin insan orqanizminə faydaları: 

-Oynaqlarda iltihablaşmanın və revmatizmanın qarşısını alır.

-Ən acı növlərdən olan Çili bibəri insan orqanizmi üçün çox faydalıdır. İştahı açan xüsusiyyəti ilə həzm sistemini stabilləşdirərək mədəni sakitləşdirir.

-Ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Acı bibər yemək ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Qırmızı bibər insanı rahatladır, nəfəs yollarını açır, ağciyərləri təmizləyir, bronxit və qrip kimi xəstəliklərin yaranmasının qarşısını alır.

-Yağ yandıran xüsusiyyəti ilə gündəlik yeyilən acı bibər insanı arıqladır və çəkini normallaşdırır. Kaloriləri yandıran acı bibər mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdıraraq qəbzliyi aradan qaldırır.