Unutqan olmuşam, yaddaşım zəifləyib, nə edim? Yaddaş haqqında bilmədikləriniz


Digərləri 25 Noy 2019 22:28:00 368 0

Unutqan olmuşam, yaddaşım zəifləyib, nə edim?  Yaddaş haqqında bilmədikləriniz

Son illər gənc və orta nəsil az qala dünən etdiyi işi, yediyi yeməyi belə unudacaq dərəcədə yaddaş zəifliyindən şikayətlənir. Nəyə görə yaddaşınız zəifləyir, nəyə görə çox şeyləri unudursuz, hətta yazdığınız qeydlər belə yadınıza düşmür?  Çox hadisələr, faktlar beyninizdən silinir? Hansı həkimə müraciət etməli, nə etməli?

Son.az medicina.az-a istinadən unutqanlığın niyə yarandığını, beyninizdə nə baş verdiyini və çıxış yollarını təqdim edir.

Yaddaş və unutqanlığa beyində informasiya saxlayıcı sistemlər cavabdehdir. Bəzən bu sistemin işində çökmə ola bilər, bu qısamüddətlidir və obyektiv səbəbləri var. Bəzən isə sistem həmişəlik sıradan çıxır. Hansı hallarda unutqanlığın normal, hansında anormal olmasını ayırd etmək üçün bunları bilməlisiz.

Hər şeyi yadda saxlamaq mümkün deyil

İnsanın yaddaşı 4 əsas saxlanc sistemindən ibarətdir:  

-İşçi - operativ hissə - burda sizə indi, bu dəqiqə lazım olacaq və saniyələr ərzində yadda saxlanılacaq informasiya yığılır.  Məsələn, telefon nömrəsini və ya kodu tez yadda saxlayıb, 1-2 dəqiqə ərzində istifadə edirsiz. Sonra unudula bilər.

-Epizodik yaddaş - bir neçə dəqiqə bundan əvvəl baş vermiş və ya 20 il əvvəl baş vermiş epizodik hadisələri saxlayır. Beyində hippokamp deyilən hissə bu yaddaşa cavabdehdir.

-Semantik yaddaş - insanın dünya, özü, ətrafda baş verənlər barədə qavradığı özünəməxsus bilgilər toplusudur. Sözlər, fikirlər, şeirlər, onların mənaları, obyektlərin adları, oxuduğu kitablar. 

-Prosedur yaddaş - nəyisə bacarmaq qabiliyyətlər yaddaşı. İnsan bir dəfə velosipeddə sürməyi öyrənir, edir, bu o hissədə yazılır. Buna bədən yaddaşı da deyilir.   

Unutmaq nə deməkdir? 

Burda hansısa informasiyanın beynin həmin saxlanc arxivindən həmişəlik pozulması demək deyil. Bu artıq amneziya sayılır. Unutqanlıq sənin orda qalan informasiyanı lazım olan anda ordan çıxarmaqda, tapmaqda çətinlik çəkməndir. 

Dilinin ucunda dolaşa söz, tarix, ad - semantik yaddaş saxlancından onu tapıb çıxara bilmirsən. Beyni zədələnməyən sağlam insanın nəyisə unutması, dilinin ucunda olması, dəstək olarsa xatırlaması bəzən normal olur. 

Epizodik yaddaş saxlancından informasiya ala bilməyəndə, məsələn, evdə duz bitib, marketə getməyi unudursan, marketə girsən də, duzu unudursan.  Operativ yaddaş pozulubsa, sən duzu xatırlamısan, marketə girmisən, 1 dəqiqə ərzində duzu alıb çıxmalısan, amma duza çatana kimi zənglə, ya digər ərzağı almaqla fikrin qarışır və bir neçə saniyə öncəki vacib informasiyanı unudursan.