RİH başçısının müavini: Nəsiminin yubileyi ilə bağlı əkiləcək tinglər Ucarda baramaçılığın inkişafına töhfə verəcək


Digərləri 25 Noy 2019 21:04:00 386 0

RİH başçısının müavini: Nəsiminin yubileyi ilə bağlı əkiləcək tinglər Ucarda baramaçılığın inkişafına töhfə verəcək

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ucar rayonunda əkiləcək ağaclar rayonda baramaçılığın inkişafına xüsusi töhfə verəcək.

Son.az bildirir ki, bunu Trend-ə Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Vaqim Mehdiyev deyib.

Onun sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ucarın mərkəzində və kəndlərində 10 min ağac əkiləcək.

V.Mehdiyev qeyd edib ki, rayon mərkəzində əsasən Eldar şamı, sərv, kəndlərdə isə meyvə ağacları, xüsusilə nar və baramaçılığın inkişafına təkan verən çəkil (tut) tingləri əkiləcək.