Heyranları aktyorun evinə hücum çəkdi


Digərləri 25 Noy 2019 19:59:00 296 0

Heyranları aktyorun evinə hücum çəkdi

Məşhur türkiyəli aktyor Can Yaman pərəstişkarlarının izdihamına səbəb olub.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, aktyorun heyranları onun getdiyi restoran və evinin ünvanını öyrənərək, orada keşik çəkiblər. 

Onlar Canı görmək üçün evinin önündə düz  7 saat gözləyiblər. Gecə saat 01:00 da evinə qayıdan aktyor qızları qapısının qarşısında görəndə təəccüblənib. Lakin o, heyranlarının xətrinə dəyməmək üçün hamısı ilə şəkil çəkdirib.