Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir


Dünya 25 Noy 2019 19:08:00 397 0

Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, hazırda müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş edir.

Müxalifətçilər və ictimai fəalların təşkil etdikləri aksiyanın tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.

Aksiyaya bölgələrdən də iştirakçılar qatılıb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələri də yürüş edərək aksiyaya qoşulacaqlar.

Mitinq təşkilatçıları parlamentə girişləri bloklayacaqlarını və deputatların sabahkı iclasda iştirak etmələrinə imkan verməyəckərini elan ediblər.

Parlament ətrafına çox sayda polis əməkdaşları cəlb olunub.