30 manat verib sirk bileti aldı, çətirlə oturdu


Digərləri 25 Noy 2019 18:29:00 385 0

30 manat verib sirk bileti aldı, çətirlə oturdu

Bakı Dövlət Sirkinin binasındakı acınacaqlı vəziyyət sosial şəbəkələrdə yenidən gündəmə gəlib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən baş tutan şou zamanı tamaşaçılar problemlə üzləşiblər. 

Belə ki, valideynlər binanın dam örtüyünün acınacaqlı vəziyyətdə olduğunu görərək yağışdan qorunmaq üçün tamaşaya çətirlə baxıblar. Sevinc Hüseynova adlı istifadəçi hətta həmin anın görüntüsünü lentə alaraq sosial şəbəkədə paylaşıb.

"30 manat pul verib bilet aldıq və çətirlə izləməli olduq. Nazirlik hara baxır? İstirahətə gəlib niyə əsəbi halda qayıtmalıyıq? Bundan sonra bilet alanda hava şəratini nəzərə alın. Siz də bizim kimi islanmayın, dam örtüyü normal vəziyyətdə deyil" ,- deyə şikayətçi qeyd edib.