Bakıda kürəkən qaynını bıçaqladı
Digərləri 25 Noy 2019 18:19:00 296 0
Bakıda qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.
Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 26 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Aslanov İlham Hüseynağa oğlu eyni ünvanda yaşayan yeznəsi və eyni zamanda bibisi oğlu olan 1964-cü il təvəllüdlü Ələkbərov Müslüm Əmir oğlu ilə mübahisə edib.
Mübahisəyə səbəb İ.Aslanovun evin girişinə kamera quraşdırması olub. İ.Aslanov eşidib ki, M.Ələkbərov onun quraşdırdığı kameranı sındıracaq və bununla bağlı o sonuncu ilə evin qarşısında mübahisə edib.
Mübahisə nəticəsində M.Ələkbərov İ.Aslanovu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az