Əli İnsanov yaratmaq istədiyi HƏPçilərlə yenidən gülüş obyektinə çevrildi


Digərləri 25 Noy 2019 17:49:00 300 0

Əli İnsanov yaratmaq istədiyi HƏPçilərlə yenidən gülüş obyektinə çevrildi

Son.az Trend-in xəbərini təqdim edir:

Korrupsioner Əli İnsanov və çox məhdud ətrafı noyabrın 24-də siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının (HƏP) təşkilat komitəsi barədə müzakirə aparıblar.

Bu xəbər mediada yayılar-yayılmaz, ictimaiyyət nümayəndələri, xüsusən də jurnalistlər tərəfindən ciddi lağ obyektinə çevrildi. Belə ki, onlar "Facebook" profilləri üzərindən Əli İnsanovu və onun yaratmaq istədiyi HƏP-i gülüş hədəfinə çevirdilər.

Statusların bəzilərini təqdim edirik:

Jurnalist, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Məmmədli yazıb: "Faşizm qalığı Əli İnsanov partiya yaradıb. Adını da HƏP qoyub. Olublar həp-çi. Asqırıblar haqq-ədalətin içinə... Adam korrupsiya, ədalətsizlik, haqsızlıq simvoludur, partiyasına qoyduğu ada bax...".

Siyasətçi, Müsavat Partiyasının funksioneri Yadigar Sadıqlı isə belə deyib: "Bir partiya yaradıb ad qoyanda onun üzvünün necə təqdim olunacağını düşünmək lazımdır. Ya sadə halda, ya abreviatura ilə. Əli İnsanov Haqq Ədalət Partiyası yaradıb. Üzvləri necə adlanacaq: haqq-ədalətçi, yoxsa həpçi?".