"Atam külqabını anamın başına elə çırpdı ki..."


Şou-biznes 25 Noy 2019 17:29:00 321 0

"Atam külqabını anamın başına elə çırpdı ki..."

Külqabını atam anamın başına çırömışdı. Onu görəndə 5 yaşım var idi. Atam içki8 düşgünü idi. Ağlımız kəsəndən anamın dayandığı yerdə ürəyi gedirdi. Atama görə xəstəlik tapmışdı.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Bahar Lətifqızı "Ay Zaur" verilişində deyib. Sənətçi anasından, ona etdiyi qarğışdan danışıb. Bahar bildirib ki, 7-ci sinifdə intihara cəhd edib:

"İnternat məktəbində qalırdım. qardaşımı lagerə apardılar. Evimizi, qardaşımı istəyirdim. Özümü pəncərədən atmaq istədim.

Anama bir dəfə dedim ki, yaxşı ana olsaydın, bizi kimsəsiz uşaqlar evinə qoymazdın. Mənə qarğış etdi ki, övlad üzünə həsrət qalasan. 14 il uşağım olmadı. Anama yalvardım ki, mənə dua et. Etdi, 2 ay sonra hamilə qaldım.

İnternatdan çıxmağa az qalmışdı. Nazpəri xanımı hər zaman izləyirdim. Deyirdim ki, gedib onu tapacam. Söyləyəcəm ki, sənin evində qulluqçu işləyim, məni müğənni et".