Xızıda arpa oğrusu tutuldu - Üzərindən heroin çıxdı (FOTO)


Digərləri 25 Noy 2019 16:19:00 360 0

Xızıda arpa oğrusu tutuldu - Üzərindən heroin çıxdı (FOTO)

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Bakı. Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan Tükəzban Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobili, eləcə də zərərçəkmişə məxsus 1 ton arpanı oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin