Fədayə Laçın Tacirlə DUET OXUDU


Şou-biznes 25 Noy 2019 15:41:00 275 0

Fədayə Laçın Tacirlə DUET OXUDU

2 ildən sonra azadlığa qovuşan xanım sənətçi Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə yenidən bir araya gəlib.

Son.az xəbər verir ki, cütlük toy məclislərinin birində yaxın keçmişdə ən çox danışılan mahnılardan "Səni deyirlər"i duet oxumağa da fürsət tapıblar.

Tacir Fədayənin həbsxana həyatından sonra yenidən bir araya gəlməyəcəklərini istəyənlərə cavab da verib:

"Kim nə deyir, kim nə yazir, kim nə pozur fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda Nömrə 1 duet ortağı olmuşuq və dünənki məclisimizdə gözəl bir duetimiz alındı".

Qeyd edək ki,  Fədayənin azadlığa çıxandan sonra Tacirlə bir daha duet oxumayacağı ilə bağlı söz-söhbətlər dolaşırdı. Lakin xanım ifaçı bu iddialara "Hər zaman Tacirlə toylara birgə getmişik. O da, mən də ifaçıyıq. Bundan sonra da gedərəm. Biz heç vaxt düşmən olmamışıq. Danışmışıq, toylarda, verilişlərdə oxumuşuq. Bacım Tacir Şahmalıoğlu ilə oxumağıma qadağa qoymayıb. Şəxsən mənə elə bir söz deməyib" sözləri ilə cavab verib.