Bakının mərkəzində ikimərtəbəli bina uçdu


Digərləri 25 Noy 2019 15:27:00 302 0

Bakının mərkəzində ikimərtəbəli bina uçdu

Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib.

Son.az qafqazinfo-ya istinadən əbər verir ki, son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub. 

Məlumata görə, həmin binada 20-yə yaxın ailə yaşayır və köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdədir.

Aşan divar qaz xəttinin üzərində düşdüyü üçün qəza baş verib və hazırda ərazidə qazın verilməsində fasilə yaranıb.